Tarix : 2014 Jul 02
Kod 43372

ANS telekanalı azanı yayımladığı halda fəaliyyətinin dayandırılması ilə hədələnib

Hakimiyyət Azərbaycanda ANS televiziyasından azanın yayımına mane oldu

Arannews - ANS telekanalının mübarək Ramazan ayında azanın yayımı ilə bağlı əvvəlcədən elan etməsinə baxmayaraq, bu məsələ Azərbaycan Respublikasında hakimiyyətin müxalifəti ilə üzləşib.

Bakıda çıxan Yeni Müsavat qəzeti dunənki sayında yazıb: ANS telekanalının mübarək Ramazan ayında azanın yayımını öncədən elan etməsinə baxmayaraq, Azərbaycan Respublikası hakimiyyətinin müxalifəti ilə üzləşib.

Qeyd olunan qəzet bu məsələ bağlı ANS telekanalının ictimai məsələlər üzrə direktoru Mais Məmmədova müraciət etdiyinə toxunaraq bildirib: Adı çəkilən şəxs üzr istəməklə yanaşı "mənim bu barədə və azanın yayımının qadağan olunması barəsində xəbərim yoxdur" deməklə bizi ANS telekanalı prezidentinin müavini Mirşahin Ağayevdən soruşmağa yönəltdi. Mirşahin Ağayev də telefona cavab vermədi.

Yeni Müsavat bildirir ki, əldə olunan xəbərlərə əsasən, azanın yayımının qadağası hakimiyyət tərəfindən olub və hətta ANS telekanalı azanı yayımladığı halda fəaliyyətinin dayandırılması ilə hədələnib.


  • Yazılıb
  • da (də) 2014 Jul 02