Tarix : 2014 Jul 03
Kod 43378

Azərbaycanın tarixi torpaqları gec-tez özünə qayıdacaq

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Arannews - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dağlıq Qarabağ gec-tez Azərbaycana qayıdacaq”.

bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bəyan edib.

Rusiyalı partiya sədri G.Züqanov daha sonra bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü keçmiş SSRİ-də olan sərhədlərlə tanıyır və qəbul edir:

“Mən Azərbaycanda səfərdə olanda, bu ölkənin necə tez dəyişməsinin və inkişaf etməsinin şahidi olmuşam. Bakı çox gözəl və müasir şəhərə çevrilib. Azərbaycanla bağlı mənim xatirələrim çoxdur. Hətta, mənim atam Böyük Vətən müharibəsi dövründə döyüşdə yaralanmış və Bakıda müalicə olunmuşdu. Bakıda müalicə alıb sağaldıqdan sonra isə atam yenidən müharibəyə yollanmışdı. Bu baxımdan da Bakı mənim üçün yaddaqalan şəhərdir”.


  • Yazılıb
  • da (də) 2014 Jul 03