Tarix : 2014 Jul 03
Kod 43383

QAT etiraz aksiyası keçirib

aksiya iştirakçıları 3 qrupa bölünərək müxtəlif istiqamətlərdən iclas keçirilən otelə doğru irəliləməyə başlayıblar

Arannews - Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ATƏT Parlament Assambleyasının iclasında erməni nümayəndələrinin iştirakına qarşı aksiya keçirib .

aksiya iştirakçıları 3 qrupa bölünərək müxtəlif istiqamətlərdən iclas keçirilən otelə doğru irəliləməyə başlayıblar. Çoxlu sayda polis əməkdaşları Fəxri Xiyaban, Milli Məclis və Teleteatr binası istiqamətində cəmləşərək aksiya iştirakçılarının qarşısını kəsiblər. Aksiya iştirakçıları otelə daxil olmağa cəhd göstəriblər.

Milli Məclisin qarşısına qədər irəliləyə bilən aksiya iştirakçıları “Rədd olsun ermənilər!”, “Dəvət edənlərə ar olsun!”, “Qarabağ!” yazılmış plakatları qaldırıb, şüarlar səsləndiriblər.

QAT sədrinin müavini Gültəkin Quliyevanın, İdarə heyətinin üzvü Nəsib Cəfərovun rəhbərlik etdikləri qruplar otelin giriş qapılarına qədər çatıblar, lakin polis əməkdaşları onların içəri girməsinə imkan verməyib.

Bundan sonra aksiya iştiakçıları polis əməkdaşları tərəfindən otelin ətrafından uzaqlaşdırılıblar.

 QAT Mətbuat xidmətindən verilən məlumata görə, erməni nümayəndələrin daha tez getmələri üçün müxtəlif təsir vasitələri davam etdirilir.


  • Yazılıb
  • da (də) 2014 Jul 03