Tarix : 2014 Jul 05
Kod 43394

İlham Əliyevlə Serj Sərkisyanın görüşünün vaxtı bəlli oldu

Ermənistan mətbuatı hazırda prezidentlərin görüşünə ciddi hazırlıq görüldüyünü bildirib

Arannews - Əliyev-Sərkisyan görüşünün vaxtı bəlli oldu.

bu informasiyanı Ermənistan mətbuatı özünün hakimiyyətdəki mənbələrinə istinadən yayıb.

İlham Əliyevlə Serj Sərkisyanın görüşü iyulun sonunda olacaq.

Mətbuat hazırda prezidentlərin görüşünə ciddi hazırlıq görüldüyünü bildirib. Həmçinin Ollandın istəyinə uyğun görüşün Fransada keçirilməsinin nəzərdə tutulduğu deyilib.

Ermənistan hakimiyyəti məlumatı nə təsdiq, nə də təkzib ediblər.

  • Yazılıb
  • da (də) 2014 Jul 05