Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M və 40 ədəd Mi-8, Mi-17 və Mi-17V1 helikopterinin alqı-satqısına dair müqavilə bağlanıb
Arannews - Rusiya Azərbaycanın sifariş verdiyi helikopterlərin çatdırılması prosesini 2015-ci ilin sonunadək tamamlayacaq.
Bu barədə “Rusiya Helikopterləri” şirkətindən məlumat verilib.
Şirkət “Rosoboroneksport” Dövlət Konserni xətti ilə helikopterlərin çatdırılmasını qrafik üzrə həyata keçirir. Bu günədək sifariş verilmiş 24 ədəd Mi-35M tipli döyüş helikopterinin hamısı və paralel olaraq Mi-17 helikopterlərinin bir qismi Azərbaycan tərəfinə təhvil verilib.
“Hazırda Mi-17 helikopterlərinin çatdırılması prosesi davam etdirilir. Bu helikopterlər üzrə müqavilə gələn il yekunlaşacaq”, - deyə məlumatda qeyd olunub.
Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycan tərəfi iki il əvvəl Ka-52 “Alliqator” döyüş helikopterlərinə marağını ifadə edib. Hazırda bu helikopterlərlə bağlı tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M və 40 ədəd Mi-8, Mi-17 və Mi-17V1 helikopterinin alqı-satqısına dair müqavilə bağlanıb.