Arannews - Azərbaycan Respublikasında hərbi xidmətdə olan əsgərlərə namaz qılmaqla yanaşı Ramazan ayında Oruc tutmaq da qadağan edilib.
Ramazan ayı başlayandan nazirliyin tapşırığı ilə hərbi hissələrdə əsgərlərin oruc tutmasına icazə verilmir. Faktı hərbi xidməti yenicə başa vuran əsgərlər təsdiq ediblər.
Bildirirlər ki, hərbi hissə komandirləri oruc tutmağa cəhd edən əsgərləri toplayaraq onlara hərbi xidmət müddətində dini ibadətlə məşğul olmamaq haqda tapşırıqlar verib.
“Bəzi əsgər yoldaşlarımzı oruc tutmaq istəsələr də onlar hərbi hissə komandirləri, bölük komandirləri icazə vermədilər. Bildirdilər ki, nazirlikdən xüsusi tapşırıq var ki, namaz qılmaq, oruc tutmaq olmaz”-deyə təxris olunan hərbçilər qeyd edib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti heç bir açıqlama verilməyib.