Tarix : 2014 Jul 07
Kod 43415

Ermənistanin Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Düşmən cavab atəşi ilə susdurulub

Arannews -  Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


  • Yazılıb
  • da (də) 2014 Jul 07