Tarix : 2014 Jul 07
Kod 43417

Moskva İrəvana şərtlərini tam diktə etməyə çalışır

İrəvandan Qarabağ məsələsində dəqiq cavab verməsinin tələb edilir

Arannews -  “Moskva İrəvana şərtlərini tam diktə etməyə çalışır”.

Qeyd olunur ki, bu açıqlama ilə erməni analitik Aykazn Qaqriyan çıxış edib. O, İrəvandan Qarabağ məsələsində dəqiq cavab verməsinin tələb edildiyini bildirib:

“Seyran Ohanyana Moskvadan güclü təzyiqlər edilir. Təsadüfi deyil ki, bu gün Ohanyanın ofisində bomba yerləşdirilməsi haqqında yalançı məlumat yayıldı. Görünür, Moskva İrəvana sadəcə təsir edir. Ən maraqlısı ondan ibarətdir ki, ordu hələlik Ermənistanın yeganə nisbətən müstəqil qalan qurumudur. Əgər İrəvan Moskvanın tələblərini yerinə yetirməsə, o zaman yəqin digərlərinə də növbə çatacaq. Şərt isə kifayət qədər aydındır. Rusiyanın Avrasiya İttifaqı ilə bağlı tələbləri yerinə yetirilməlidir. Bir sözlə, Qarabağa olan iddiaların artıq Sərkisyan hakimiyyəti tərəfindən irəli sürülməsi sona çatmalıdır. Əks təqdirdə, Ohanyana olan digərlərinə də ediləcək. Həm də Ohanyan - KTMT-də Qarabağda rus ordularını yerləşdirmək istəmədikləri açıqlamasına verilən ən sadə cavab idi”.


  • Yazılıb
  • da (də) 2014 Jul 07