Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi üçün helikopterdən istifadə edir
Arannews - Siyəzəndə 100 hektardan çoxdan sahədə güclü yanğın başlayıb - FOTO
Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi üçün helikopterdən istifadə edir
Siyəzən rayonunda güclü yanğın baş verib.
dənizkarı ümumi sahəsi 300 hektardan çox ərazinin 100 hektarı yanıb. Yanğın hazırda da davam edir. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti, Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.