Tarix : 2014 Jul 12
Kod 43445

Bir erməni əsgəri öldürüldü

erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir

Arannews - Dünən saat 15 radələrində Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyan həlak olub.

Ermənistan tərəfi onun döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olduğunu bildirir. Amma erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir. Bu barədə istintaq aparıldığı deyilir. Bu Movses Norayroviç Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğunu ehtimal etməyə imkan verir.

Ermənistan tərəfi həm də həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir. Yəni bununla da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi faktını gizlətməyə çalışır.

  • Yazılıb
  • da (də) 2014 Jul 12