Tarix : 2014 Jul 13
Kod 43456

parlament sədri Eduard Şevardnadzenin dəfn mərasimində iştirak edəcək

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib

Arannews - İyulun 13-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün Tbilisidə səfərdə olacaq.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər bir gün davam edəcək .

  • Yazılıb
  • da (də) 2014 Jul 13