Tarix : 2014 Jul 13
Kod 43458

Şəhid hacı Vaqif Abdullayevin anım tədbiri keçirildi

hicab məhbusu, zindanda faciəli şəkildə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının sabiqsədrmüavini Hacı Vaqif Abdullayevin Şəhadətindan iki il ötürf

Arannews -Əhli-beyt(ə) şəhadət məktəbinin layiqli davamçısı, hicab məhbusu, zindanda faciəli şəkildə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının sabiqsədrmüavini  Hacı Vaqif Abdullayevin ölümündən iki il ötür.
Bu münasibətlə Azərbaycan İslam Partiyası BMM-də anım mərasimi təşkil etdi. Toplantıda ruhani alimlər, ictimai-siyasi xadilmlər, Hacı Vaqifin əqidə dostları, inanclı insanlar, yaxınları,  KİV nümayəndələri iştirak edirdi.

AİP-in sədr müavini Akif:

“Hacı Vaqif günahsız olaraq səbəbsiz yerə həbs olunmuşdu. Onun məhkəməsində ATƏT üzvü əvvəldən axıradak iştirak edərək Vaqifin qurama ittihamlar əsasında həbs olunduğunu gördü, saxta şahidlərin məhkəmə prosesində ifşa edildiyinin şahidi oldu. Hacı Vaqif Abdullayev partiyanın formalaşmasıda əvəzsiz xidmətlərlər göstərib, bölgələrdə təşkilatın dayaq nöqtələrinin yaradılmasında çox böyük əməyi , əziyyətləri  olub." 

AİP-in sədr əvəzi Hacı Elçin Manafov:

”Hacı Vaqif Abdullayev azadlıqda olduğu kimi, məhbəs həyatında da əyilməz iradəsi ilə istibdadı yendi. O, işgəncələr, zülmlər qarşısında sınmadı, əqidəsindən dönmədi və öz şəhadəti ilə zülmə qalib gəldi.

AİP-in sabiq sədri Hacıağa Nuri:

”Mən onu gözəl ziyalı, fədakar insan, imanlı dindar kimi tanımışam. O, Rusiyada müəllim işləyirdi, Azərbaycana qayıdandan sonra, bütün varlığı ilə İslamın geniş yayılması, dinin təşəkkül tapması üçün çalışdı. Allah ona rəhmət etsin, ruhu şad olsun. Azərbaycan xalqına onun şəhadətinin ildönümü münasibətilə başsaglığı verdi.

ADP sədri Sərdar Cəlaloğlu:

”Əzablar Allaha inamı artırır, mömin üçün dəyərlər ölçüsünü  dəyişdirir. Haçı Vaqif, günahsız yerə məhbəsdə yatan digər qardaşlarımız üçün çəkdikləri bu əzablar əslində Allaha yaxınlaşmaq üçün bir vasitədir. Cəzanı günahkarlar, canilər çəkər. Günahsız insan isə əzablarının mükafatını alacaq.“

Hacı İlqar İbrahimov:

“Hicab qadağalarının tam aradan götürüldüyü və hicab məhbuslarının hamısının həbsdən azad edildiyi şəraitdə mümkün ola bilər.”

QAT sədri Akif Nağı:

“Qarabağın azad olunması imandan keçir. Qəlbində Allah sevgisi olmayan, şəhadət məktəbinin ali məqamından xəbərsiz gənclər torpaqları necə xilas edə bilər. Vaqif Abdullayev İslam və Qarabağ şəhidi idi. Bu mövzuda fikirləri, döyüşmək və şəhid olmaq yanğısı onu sonda şəhadətə çatdırdı. Allah bütün şəhidlərimizə rəhmət etsin. “

Hacı Zülfüqar Mikayılzadə zülmə qarşı mübarizənin bu gün də davam etdiyini bildirdi. Quran hafizi zülm qabağında əyilməməyin təməlində mərdlik durduğunu və Hacı Vaqifi bu mərdliyin nümunəsi kimi tanıdığını qeyd etdi.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova:

Bu anım günlərinin qeyd olunmasının təkcə təsəlli üçün deyil, İslamı yaşatmaq uğrunda böyük önəm daşıdığını dedi.

Sözünün davamında AİP-in digər şəhidi olan Hacı Kəbləğanın da mübariz bir insan olduğunu xatırladan Növrəstə xanım şəhidlərin qarşısında baş əydiyini bildirdi.

“Vətən” blokunun icrası katibi Mayis Güləliyev ilk öncə şəhid Hacı Vaqif Abdullayevin ailəsinə baş sağlığı verərək, onu haqq yolunda mübariz bir insan və mənəviyyat yolunda canından keçən vətənpərvər adlandırdı.

  • Yazılıb
  • da (də) 2014 Jul 13