Tarix : 2014 Jul 20
Kod 43487

Azərbaycan NATO-nun çətiri altına alınır

bu barədə informasiyanı Rusiya mətbuatı yayıb

Arannews - ABŞ Senatı birinci oxunuşdaca NATO-ya üzvü olmadan Ukraynanın mütəffiqlik statusu alması haqqında qanun layihəsini qəbul edib.

bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mətbuat həmin layihənin Amerikaya Rusiya işğalı zamanı Ukrayna ərazilərinə öz qoşunlarını yeritmək imkanı verdiyini bildirib. Eyni statusun Gürcüstan və Moldovaya da şamil edildiyi deyilib. Proyekt həmçinin, ABŞ prezidentinə Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Hersoqovina, Kosova, Makedoniya, Serbiya və Çernoqoriyanın Silahlı Qüvvələri ilə hərbi əlaqələrin inkşafı eləcə də NATO-nun bu ölkələrin təhlükəsizliyi üçün yardımların artırılmasını məsləhət görüb. Hazırda layihənin sonuncu oxunuşda qəbulu üçün hazırlıq işləri görüldüyü söylənilib.


  • Yazılıb
  • da (də) 2014 Jul 20