Arannews - Terrorçularla danışıqlara getməyin vacibliyini bildirdiyinə görə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arseni Avakov tərəfindən təhqir edilərək "bir yerə" yollandırılıb.
bu barədə Avakov Feysbuk səhifəsində məlumat yerləşdirib. Avakov yazıb:
"Yaşadıq, bunu da gördük - tənqid etmək əvəzinə Lavrov terrorçularla danışıqların aparılmasının vacibliyini bildirir. Hələ baxmaq lazımdır - fikrimcə, elə Lavrovun özü ilə də danışıqlara son qoymaq lazımdır".
Avakov xatırladıb ki, danışıqlar yalnız dövlətlər arasında və beynəlxalq qurumın iştirakı ilə mümkündür:
"Mülkü təyyarəni belə vuran şəxslərin nəyi ilə danışıqlar aparasan? Hesab edirəm ki, Lavrov da başda olmaqla bəzi şəxsləri bəlli yerə göndərməyin vaxtı çatıb".