Tarix : 2014 Jul 21
Kod 43500

Ermənistanın yeganə ümidi Rusiyadir

Ermənistan hazırda geri dönməsi mümkün olmayan bir yoldadır

Arannews - “Qafqaz hazırda qlobal siyasətdə əsas açar nöqtələrdən biridir”.

bu açıqlama ilə ABŞ-dakı erməni analitiki Edmond Azadyan çıxış edib.

O, Ermənistanın yeganə ümidinin Rusiya olduğunu bildirib:

“ABŞ-ın Rusiyanın qarşısını kəsmək üçün apardığı siyasət, xüsusilə, məhz bu regionda özünü biruzə verir. Ermənistan hazırda geri dönməsi mümkün olmayan bir yoldadır. O, hazırda NATO-ya sığına bilməz. Çünki bizim qarşımızda Gürcüstan təcrübəsi var. Hansı ki, məhz buna görə hücuma məruz qalıb, məğlubiyyətə uğradıldı. O, yalnız Moskvaya yalvara bilər ki, özünü Bakının təhlükəsindən qoruya bilsin. İranla olan siyasi manevrlar da İrəvana kömək edə bilər. Çox qəribədir ki, daima Ermənistana əl uzadan İranı buna vadar edən əsas səbəb Bakı ilə olan konfliktidir. Ermənistanın artıq başqa seçimi yoxdur və o, siyasi tələdə qalmaqda davam edir”.

  • Yazılıb
  • da (də) 2014 Jul 21