Tarix : 2014 Jul 28
Kod 43608

Hacı Tale Bağırovun məhkəməsi keçirilib

vəkili Elvin Nəbiyev növbəti məhkəmənin 7 avqust saat 11:00-da davam edəcək

Arannews - Məhkəmə həbs müddətinin 6 ay uzadılması ilə bağlı keçirilibİyulun 24-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Hacı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlı məhkəmə prosesi keçirilib.

Bağırovun vəkili Elvin Nəbiyevin verdiyi məlumata görə, prosesdə Tale Bağırovun özü dindirilib: “Cəzaçəkmə müəssisəsindən olan şahidlər gəlməmişdilər. Ancaq özünün telefonla danışdığı şahidlər dindirildi. Onlar da Tale Bağırovun onlarla telefon əlaqəsi saxladıqlarını etiraf elədilər. Bundan sonra proses buradaca yekunlaşdı ki, bu işlə bağlı digər təqsirləndirilən şəxslər də məhkəməyə gəlsinlər” – deyən vəkil növbəti məhkəmənin 7 avqust saat 11:00-da davam edəcəyini bildirib.

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov ötən ilin martın 31-də tutulub. İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu Rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

  • Yazılıb
  • da (də) 2014 Jul 28