Tarix : 2014 Aug 02
Kod 43628

Rusiya Azərbaycanda hərbi çevriliş etmək istəyir

politoloq Qabil Hüseynli Rusiyanın Azərbaycanda hərbi çevriliş hazırlamaq niyyəti ilə bağlı ...

Arannews - “Rusiyanın Azərbaycanda hərbi çevriliş hazırlamaq fikri var, amma onun bu gün nə dərəcədə real olduğuna şəhadət verə bilmərəm”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın Azərbaycanda hərbi çevriliş hazırlamaq niyyəti ilə bağlı məsələni şərh edərkən deyib.

O, hərbi çevrilişin baş tutacağına qətiyyən inanmadığını bildirib:

“Çünki Rusiyanın buna imkanı çatmaz. Yaxın iki-üç ay ərzində biz sabitliyi qorumağa çalışmalıyıq. Bununla bərabər isə Qərbin Rusiyaya təzyiqlərinin nəticəsini gözləməliyik. Bu sanksiyalar Rusiyanı da, Ermənistanı da tamam çökdürəcək. Bundan sonra isə Bakı üçün daha rahat nəfəs almaq mümkün olacaq”.

Qeyd edək ki, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov açıqlamasında Rusiyanın Azərbaycana qarşı hərbi çevriliş planlaşdırdığını söyləmişdi.  

  • Yazılıb
  • da (də) 2014 Aug 02