Tarix : 2014 Aug 02
Kod 43630

Cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir

Ermənilər Azərbaycan Ordusunun mövqelərini şiddətli atəşə tutublar

Arannews - Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən  Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir.

düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonun Ergi düzü adlanan ərazisi boyu - işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.  Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

  • Yazılıb
  • da (də) 2014 Aug 02