AİP, Azərbaycan hökumətindən və Müdafiə Nazirliyindən ciddi şəkildə tələb edir ki , şəhidlərimizin qisası alınacaq formada düşmənə cavab verilsin.
Arannews - Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində verdiyi çoxsaylı canlı itkilərlə ələqədar AİP-in Səlyan Rayon Komitəsi bəyanat yayıb.
Bəyanatda deyilir:
İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Gedən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun 9 hərbçisi şəhid olub, 6-sı yaralanıb. Ermənilərin ötən gecəki hücumları nəticəsində isə daha 4 əsgərimizi də itirdik.
Bas verən hadisələr üzücüdür və bizdə düşmənə qəzəb hissini gücləndirir.
Biz AİP Səlyan komitəsi olaraq Azərbaycan hökumətindən və Müdafiə Nazirliyindən ciddi şəkildə tələb edirik, şəhidlərimizin qisası alınacaq formada düşmənə cavab verilsin. Biz də, Allahın izniylə, torpaqlarımız, şəhidlərimizin qisası, düşməndən törətdiyi bütün əməllərin hesabını sormaq naminə könüllü döyüşməyə və şəhadət şərbətini içməyə hazırıq. Azərbaycan xalqından gözləntimiz isə budur ki, illərdir düşmənin önündə sərgilədiyimiz susqunluq, qisas hissini itirmək, xalqı əyləncəyə sürükləmək kimi mənfi hallar aradan götürülsün. Hamımız qisas naminə səfərbər olub, düşmənə layiqli cavab vermək üçün birləşək. Qoy bu 13 şəhidin ölüm günü xalq üçün oyanış tarixi olsun.
Biz şəhidlərin cənazəsi önündə baş əyirik, valideynlərinin əllərindən öpürük və dua edirik ki, Allah bizlərə düşməndən torpaqlarımızı və qisasımızı izzətlə almaqda yardımçı olsun və sonda bu mübarək ölümü bizlərə nəsib etsin. Amin!