Tarix : 2014 Aug 10
Kod 43699

erməni tərəfi təxribata əl atıb

Düşmənin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri şəhid olub, biri isə yaralanıb

Arannews - Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində erməni tərəfi təxribata əl atıb.

Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Ağsu rayonundan hərbi xidmətə çağırılmış, 1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin avqustun 9-da atəşkəs pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri isə yaralanıb.

Avqustun 9-da saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində 1993-cü il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən gülləsinə tuş gəlib.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə

edilib.

 Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

  • Yazılıb
  • da (də) 2014 Aug 10