Tarix : 2014 Aug 10
Kod 43705

Ermənilər məktəblini yaraladı

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb

Arannews - Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir dinc sakinini yaralanıb.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir.

  • Yazılıb
  • da (də) 2014 Aug 10