Tarix : 2014 Aug 10
Kod 43707

Putin Bakı ilə İrəvanı barışdıracaq

Materialda rəsmi Moskvanın 20 ildir münaqişənin həllində iştirak etdiyi, iki ölkə arasında birbaşa dialoqun olmadığı və hadisələrin müharibə həddinə çatmaması üçün Putinin həmkarlarını inandırmağa çalışacağı vurğulanır

Arannews - Rusiyanın nüfuzlu media qurumlarından olan “Komsomolskaya pravda” Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən məqalə dərc edib.

məqalədə Rusiya Prezidenti Vladimir Putinin yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi Azərbaycanla Ermənistanı barışdırmağa cəhd edəcəyi iddia edilib.

Materialda rəsmi Moskvanın 20 ildir münaqişənin həllində iştirak etdiyi, iki ölkə arasında birbaşa dialoqun olmadığı və hadisələrin müharibə həddinə çatmaması üçün Putinin həmkarlarını inandırmağa çalışacağı vurğulanır.

Xatırladaq ki, yazıda proqramda prezidentlərin üçtərəfli görüşünün nəzərdə tutulmamasına baxmayaraq, reqlamentdə dəyişikliyin olacağı istisna edilməyib.

  • Yazılıb
  • da (də) 2014 Aug 10