Tarix : 2014 Aug 11
Kod 43716

Amerika Moskvaya mesajını verdi

ABŞ Moskvanı Dağlıq Qarabağdakı gərginliyin Qərbin təzyiqi altında olan Rusiyaya elə də xoş şərait yaratmayacağı ilə bağlı xəbərdar etdi

Arannews - “Uorlikin “Amerikanın səsi” radiosuna müsahibəsi ABŞ-ın faktiki olaraq Qarabağla bağlı mesajı idi”.

bu açıqlama ilə erməni politoloq Akop Badalyan çıxış edib. O, Vaşinqtonun konkret olaraq Moskvanı hədəf göstərdiyini bildirib:

“Faktiki olaraq ABŞ Moskvanı Dağlıq Qarabağdakı gərginliyin Qərbin təzyiqi altında olan Rusiyaya elə də xoş şərait yaratmayacağı ilə bağlı xəbərdar etdi. Uorlik dedi ki, Rusiya ilə effektiv iş aparılır. Bununla da o, dolayısı yolla, Qərb sansksiyalarının effektivliyini vurğuladı. Amerikalı diplomat həmçinin Moskvaya Qarabağdakı situasiyanı pisləşdirməklə başına yeni problemlər açacağına işarə etdi. O, Ukraynanı əlində tutmaq üçün Qafqazı qarışdırmaq istəyən Moskvaya mesaj göndərdi ki, Rusiya nəticə olaraq həm Ukraynanı, həm də Qafqazı eyni anda itirəcək”.

  • Yazılıb
  • da (də) 2014 Aug 11