Azərbaycanin Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
Arannews - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 13-dən 17-dək Moskva şəhərində (Rusiya) "Maşınqayırma texnologiyaları-2014" 3-cü beynəlxalq forumunda və "Oboronekspo-2014" sərgisində iştirak edəcəklər.