özünü xəlifə elan edən İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi Türkiyədə prezident seçilən Rəcəb Tayyib Ərdoğana müharibə elan edib
Arannews - İŞİD terror qruplaşmasının lideri Türkiyəyə prezident seçilən Rəcəb Tayyib Ərdoğanı düşmən adlandırdı
Türkiyə mediasınin verdiyi xəbərə görə, özünü xəlifə elan edən İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi Türkiyədə prezident seçilən Rəcəb Tayyib Ərdoğana müharibə elan edib.
O, "twitter" hesabında yazıb: "Ərdoğan sekulyardır, şəriətə görə davranmır və kürd silahlılarını dəstəkləyir. Yaxında özünüzü "İslamın oğullarının" qarşısında görəcəksiniz. Ərdoğan dərhal mənə beyət etməlidir!"
İŞİD lideri Ərdoğanı mürtəd elan edərək, onun haqqında ölüm hökmü də verib: "Ərdoğan ya mənə beyət etməli, ya da öz ölümünü gözləməlidir."
Bu xəbərdən sonra İŞİD-i daima müdafiə edən türk mediası Bağdadini CİA və Mossad agenti adlandırıb.