Tarix : 2014 Aug 17
Kod 43760

Gürcüstanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir

Naxçıvanda müdafiə nazirlərin görüşü olacaq

Arannews -  Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə avqustun 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycan rəsmi səfəri planlaşdırılır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Naxçıvan şəhərində müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

  • Yazılıb
  • da (də) 2014 Aug 17