Arannews - Birinci Qarabağ müharibəsinin iştirakçılarından olan erməni general-mayor Feliks Qzoqyan gənclərin Azərbaycanla müharibə olacağı təqdirdə döyüşdən yayınacaqları barədə iddialarına münasibət bildirib.
Müharibəyə oliqarx övladlarının getməli olduğu barədə gənclərin iddialarından danışan erməni general savaşdan yayınanlara zor tətbiq edəcəyini söyləyib:
"Bəzi erməni gənclər müharibəyə bir şərtlə gedəcəklərini bildirirlər. Onlar erməni oliqarx övladlarının Azərbaycan ordusu ilə döyüşəcəyi təqdirdə əllərinə silah alacaqlarını deyirlər. Əgər müharibə başlasa, mən o gəncləri zorla döyüşə aparacam".
Xatırladaq ki, bu sözlərlə erməni gənclər hakimiyyətdə olan Qarabağ klanına etiraz edir, yad torpaqlarda can verdikləri halda, iqtidardakı qarabağlıların Ermənistanın sərvətini mənimsədiklərini bildirirlər.