ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Loterya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub
AzVision xəbər verir ki, “Lotereya” (The Lottery) serialı bir ay əvvəl “Lifetime” kabel kanalında yayımlanmağa başlayıb. Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir.
Şounun birinci sezonun dördüncü bölümünün əvvəllərində həmin proqrama rəhbərlik edən qadın alimi öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Filmdə qadını qoruyan FBI əməkdaşları “azərbaycanlı” terrorçunu yerindəcə güllələyirlər.
ABŞ Qarabağ məsələsində isə hiləgərcəsinə Azərbaycan Respublikasını terrorçu kimi qələmə verməyə çalışır.
Son günlərdə bir erməni əsirin Azərbaycan Respublikasında dünyasını dəyişməsi də Qərbı bununla bağlı Azərbaycan Respublikasına qarşı təhrik edib.