Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə hökmündən sonra məhkəmə zalında son sözünü deyib.
Arannews- AİP Astara rayon komitəsinin sədri Famil Şükürovun son sözləri belədir:
“Ey mənim əzizlərim, əslində bizə görə əziyyət çəkənlər sizsiniz, öz haqlarınızı halal edin. Imam Hüseynin(ə) bir şüari var: ”Hər yer Kərbəla, hər gün Aşura.
Bura Kərbəladı, bu gün Aşura. Necəki, Imam Hüseyni(ə) ailəsinin gözü qarşısında şəhadətə yetirdilər, bu gün də bizi sizlərin gözünüzün önündə haqsız yerə əsir edəcəklər. Səbirli olun!Salam olsun haqq yolunda həbs olunan məhbuslara!”