Azərbaycan İslam Partiyası, qurumun Astara Rayon Komitəsinin sədri Famil Şükürovun həbsi ilə əlaqədar etiraz bəyanatı yayıb
Arannews- Cenubnews İnternet Qəzetinin məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan İslam Partiyasına qarşı ədalətsiz təqiblər davam edir. Artıq altı aydan çoxdur ki, azadlıqdan məhrum edilən qurumun Astara Rayon Komitəsinin sədri Famil Şükürova qarşı Astara Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə məhkəmə istintaqı aparılmış və haqqında bir il altı ay həbs cəzası hökmü verilmişdir. AİP olaraq günahsız insanların şərlənərək həbs olunmasını, ailələrinin çətinliklər qarşısında qoyulmasını siyasi məqsədlərlə icra edilən sifariş kimi qiymətləndirir, bunun insan haqq və hüquqlarına qarşı qəsdin təzahürü hesab edir. Fəal, ictimaiyyətçi vətəndaşların siyasi əqidələrinə görə məhkum olunması ölkəmiz üçün xarakterik cəhətə çevrilməkdədir. Digər bir ədalətsizlik isə haqqında ədalətsiz hökm çıxarılmış insanların səhhətinin pozulmasına əhəmiyyət verilməməsində özünü göstərir.
Belə ki, Famil Şükürovun hazırda gözləri tutulmaq üzrədir. Bir daha bəyan edirik ki, yalançı şahidlərlə insanların taleyinə belə qeyri-insani münasibət cəmiyyətin və dövlətin imicinə ağır zərbədir.”
SəhərTV,xəbərlər