Tarix : 2014 Aug 30
Kod 43870

Azərbaycan zindanları ilə bağlı mübariz ruhanidən sərt tənqid

Mübariz məhbus ruhani Hacı Tale Bağırzadə bu gün saxlandığı 12 saylı cəzaəkmə müəssisəsində ona qarşı olunan haqsızlıqlarla bağlı ölkə ictimaiyyətinə müraciət yayıb.

Arannews- İslamazeri saytının məlumatına görə, Hacı Tale Bağırzadə yaydığı müraciətdə bildirir: “Azərbaycan həbsxanalarında məhbuslar sanki Kəlbəcərdə ələ keçirilmiş erməni diversantıdır. Təbii ki, bu sırada siyasi və vicdan məhbuslarına qarşı münasibət, onların hüquqlarının pozulması, onlara qarşı kobud münasibət, fiziki və psixoloji basqılar digərlərininkindən fərqlənir. Onların həbsinin motivi kimi, həbsxanada onlara qarşı davam edən haqsızlıqlar da siyasi xarakter daşıyır.
Mübariz ruhani bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Rauf Məmmədov onun hüquqlarının məhdudlaşdırılmasını Prezident Adminstrasiyası, MTN və Penitensiar Xidmət rəhbərliyi tərəfindən verilən sifarişlə əlaqəli olduğunu bildirir və beləcə məsuliyyəti öz üzərindən atmaq istəyir.
Mübariz ruhani əlavə edib : “Mən, şərlənərək həbs olunan birisi kimi və haradan qaynaqlandığından asılı olmayaraq bütün bu qanunsuzluqların, özbaşınalıqların dərhal dayandırılmasını tələb edirəm.”
SəhərTV,xəbərlər
  • Yazılıb
  • da (də) 2014 Aug 30