bir ölkənin ərazi bütövlüyü tanınırsa və həmin ölkənin ərazisində başqa ölkənin qoşunları varsa, bu, işğaldır
Arannews -“Bu regiona yenidən gələcəyəm və ATƏT-in fəaliyyətdə
olan sədri kimi münaqişənin sülh yolu ilə həlli üçün əlimdən gələni edəcəyəm”.
bu sözləri Bakıda səfərdə olan Serbiyanın xarici işlər
naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat
konfransında deyib.
Qonaq ölkəsinin növbəti ilin əvvəlindən ATƏT-ə sədrlik edəcəyini
xatırladıb: “Məsələyə yanaşmam çox ciddi olacaq. Bu, mənim üçün siyasi turizm
deyil. Biz Azərbaycanın köməyini yüksək qiymətləndiririk, ölkəmizdə təbii fəlakət
baş verərkən bizə çox kömək etdiniz. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü
dəstəkləməsini də çox yüksək qiymətləndiririk. Münaqişələr dialoq yolu ilə həll
olunmalıdır və dialoq yeganə çıxış yoludur. Mən ikili standartlara şərh verməyəcəyəm.
Serbiya özü bu problemi yaşayıb. Biz ATƏT-də sədrlik zamanı münaqişənin həllinə
öz töhfəmizi verəcəyik. Serbiya hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyir”.
E. Məmmədyarov Azərbaycanın ikili standartlarla
rastlaşdığını təəssüflə vurğulayıb: “bir ölkənin ərazi bütövlüyü tanınırsa və həmin
ölkənin ərazisində başqa ölkənin qoşunları varsa, bu, işğaldır. Mən bunu başqa
cür adlandıra bilmərəm. Biz tezliklə sülh layihəsi üzərində çalışmalıyıq. Ermənistan
öz qoşunların Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, region üçün ən böyük təhlükədir”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan
prezidentlərinin görüşünün vaxtı və proqramı dəqiqləşdirilir: “Həmsədrlər gələn
həftə bölgəyə növbəti səfər edəcək, daha sonra Nyu-Yorkda xarici işlər nazirlərinin
görüşü olacaq”.