Tarix : 2014 Sep 11
Kod 43949

Eldəniz Quliyev həbs oluna bilər

Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq

Arannews - Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev Daxili İşlər naziri rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi rayon məhkəməsinə çağırılıb.

E.Quliyevin sözlərinə görə, ona bu gün polis şöbəsindən zəng olunub və məhkəməyə dəvət edilib: “Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq”.

Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb. Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib.

  • Yazılıb
  • da (də) 2014 Sep 11