Tarix : 2014 Sep 19
Kod 44018

Haci Mövsüm Səmədovun cəza yeri dəyişdirilib

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun cəza yeri dəyişdirilib

www.arannews.com- Vəkil Anar Qasımlı sentyabrın 19-da deyib ki, dustaq Penitensiar Xidmətin 11 saylı müəssisəsindən 12 saylı müəssisəsinə köçürülüb: “Xəbəri bu gün almışam. Mənə verilən məlumata görə, dünən köçürülüb. Amma köçürülməsinin səbəbi haqqında heç nə deməyiblər”. 
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.


  • Yazılıb
  • da (də) 2014 Sep 19