AB1915 layihəsinə əsasən Kliforniyada dövlət məktəblərində insan hüquqları proqramına erməni «soqyrımının» şahidlərinin ifadələri (?) salınacaq
Arannews - Amerikanın Kaliforniya ştatının qubernatoru Cerri Braun erməni «soyqırımının» dərsliklərə salınması barədə qanun layihəsinə imza atıb.
AB1915 layihəsinə əsasən Kliforniyada dövlət məktəblərində insan hüquqları proqramına erməni «soqyrımının» şahidlərinin ifadələri (?) salınacaq. Həmçinin qanun müəllimlərin qondarma iddia ilə bağlı peşəkar inkişafı üçün tədbirlər də nəzərdə tutur.
Xatırladaq ki, avqustun 26-da Kaliforniya senatı erməni «soyqırımı»nın dərsliklərə salınması məsələsinə yekdilliklə səs vermişdilər. Bu barədə mövzular 7-12-ci sinif uşaqlarının dərsliklərinə salınacaq.