Tarix : 2014 Sep 24
Kod 44071

Ordunun daha bir əsgəri həlak olub

Hadisə ilə bağlı cinayət işi başlanıb

Arannews - Sentyabrın 23-də saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2014 Sep 24