Tarix : 2014 Sep 25
Kod 44088

Ermənistan və Qırğızıstanın Rusiyaya ehtiyacları var

Rusiyaya Ermənistan və Qırğızıstanın bir dövlət kimi mövcud olmasından daha çox onların Moskvaya ehtiyacları var

Arannews - Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına üzvlüyü təşkilat üçün heç bir önəmli iqtisadi əhəmiyyət kəsb etmir.

bu açıqlama ilə rusiyalı politoloq Modest Kolerov çıxış edib.

O, Qırğızıstan və Ermənistanın Gömrük İttifaqına üzvlüyünü bu cəmiyyətlərin yaşaması üçün atılan siyasi addım olduğunu bildirib:

“Rusiyaya Ermənistan və Qırğızıstanın bir dövlət kimi mövcud olmasından daha çox onların Moskvaya ehtiyacları var. Görəsən, Rusiya Avrasiya İttifaqı, “Novorosiya”, Ermənistan, Qırğızıstanı büdcə gəlirlərinin azaldığı bir vaxtda qoruya biləcəkmi? Çox mənasız sualdır. Rusiyanın seçimi yoxdur. Bu qələbənin xaricində o sadəcə öz mövcudluğunu itirəcək”.

  • Yazılıb
  • da (də) 2014 Sep 25