Tarix : 2014 Sep 25
Kod 44091

Hicab qadağası ləğv edilib

hicab qadağası ümumiyyətlə ləğv edilib

Arannews - Yeni tədris ili başladıqdan sonra bir çox məktəblərdə hicab qadağası tətbiq edilir

İslamazeri qadağa ilə bağlı Təhsil Nazirliyi ilə yenidən əlaqə saxlayıb. Nazirliyin qaynar xətti müxtəlif ziddiyyətli cavablar verib.

Nazirlikdən bildirilib ki, hicab qadağası məktəb rəhbərlikləri tərəfindən qoyulub, nazir şagirdlərin hicabla məktəbə buraxılmasını istəyib, hicab qadağası ümumiyyətlə ləğv edilib, hicab bağlamaq qadağandır və digər açıqlamalar verilib.

Bundan başqa bu gün 5 məktəbdə reyd keçirdik. Məktəb direktorları bildirdilər ki, Təhsil Nazirliyi tərəfindən hicab qadağan edilib. Siz bir dənə sübut gətirin ki, hicaba icazə verilir, biz də hicablı şagirdləri məktəbə buraxaq.

  • Yazılıb
  • da (də) 2014 Sep 25