Tarix : 2014 Sep 27
Kod 44106

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına fayda verəcək

Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur

Arannews - "Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir".

Məlumata görə, bunu cümə günü Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək:"Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır".

Rusiya-Azərbaycan münasibətlərindən danışan V.Jirinovski qeyd edib ki, bu əlaqələr çox yaxşı səviyyədədir: "Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var".

Dövlət Dumasının deputatı əlavə edib ki, Rusiya Azərbaycandan indikindən üç dəfə çox məhsul ala bilərdi.

  • Yazılıb
  • da (də) 2014 Sep 27