Tarix : 2014 Sep 28
Kod 44113

Rusiyanın əsas məqsədi Sovet İttifaqını bərpa etməkdir

Putin bununla bütün postsovet məkanındakı şəxslərə demək istəyir ki …

Arannews - Rusiyanın hərbi aqresiyyasının əsas məqsədi Sovet İttifaqını bərpa etməkdir.

bu açıqlama ilə Ukraynanın Nazirlər Kabineti yanında Hərbçilərin və Onların Ailələrinin Sosial Müdafiəsi Komitəsinin sədir Vilen Martirosyan çıxış edib. O, Putinin bütün imkanlarından istifadə edərək Ukraynanı Rusiyanın tabeliyinə qatmaq istədiyini bildirib:

“Putin bununla bütün postsovet məkanındakı şəxslərə demək istəyir ki, bizə qatılın. Sovet İttifaqının dağılması Ukraynadan asılı idi. Əgər 1991-ci ildə Kravçuk Sovet İttifaqının dağılması haqqında sənədi imzalamasaydı, SSRİ çökməyəcəkdi”.

Qeyd edək ki, Vilen Martirosyan əslən Gəncədəndir. O, SSRİ Ali Sovetinin əmri ilə Gürcüstan, Pribaltika və Dağlıq Qarabağdakı hadisələrin araşdırılması üçün yaradılmış komissiyanın tərkibində yer almışdı.

  • Yazılıb
  • da (də) 2014 Sep 28