Tarix : 2014 Sep 28
Kod 44115

Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq

Azərbaycan Rusiya ilə dost ölkədir

Arannews - "Dağlıq Qarabağ münaqişəsinin açarı Kremlin əlindədir".

Məlumata görə, bu barədə sözləri jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

O bildirib ki, Azərbaycan Rusiya ilə dost ölkədir və hər şey yaxşı olacaq. RLDP sədri qeyd edib ki, bütün məsələlər öz həllini tapacaq.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski artıq iki gündür ki, Bakıda rəsmi səfərdədir. Jirinovski artıq Bakıda bir neçə görüşlər keçirib.

  • Yazılıb
  • da (də) 2014 Sep 28