Arannews - Türkiyədə
İstanbul Universitetinin Ədəbiyyat fakultəsində İŞİD təkfirçi terrorçularına
qarşı açılmış afişa, terrorçuları dəstəkləyənlərin qəzəbinə tuş gəlib. Belə ki,
radikal “Müsəlman Gənclik” qrupunun üzvü olan tələbələr afişanın yığışdırlması
üçün 15 dəqiqə vaxt veriblər, istəkləri yerinə yetirilməyən İŞİD dəstəkçiləri
afişaya və digər tələbələrə daşlarla, mismarlı dəyənəklərlə hücum ediblər.
Hücum zamanı bir tələbə başından aldığı zərbə nəticəsində yaralanıb.
Hadisə yerinə gələn
polislər “Müsəlman Gənclik” üzvü olan 3 tələbəni həbs edib.
Bu hadisə ilə bağlı
universitet tərəfindən ətraflı rəsmi açıqlama veriləcək.