Arannews - AİP lideri Haci Mövsüm Səmədov "kars"dan çıxarılıb .
Bu barədə Hacı Mövsüm Səmədovun yaxınları məlumat verib.
Hazırda doktor Səmədovun karantində olduğu bildirilir. Partiya lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq "karser" cəzası verilmişdi.
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.