Tarix : 2014 Oct 02
Kod 44176

İranın Gömrük İdarəsinin rəisi Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

İranın Gömrük İdarəsinin rəisi: Biz gömrüklərin 24 saatlıq çalışması üçün razılıq əldə etmişik və tezliklə onun icrası zamanını elan edəcəyik

Arannews - İran İslam Respublikasının Gömrük İdarəsinin rəisi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri ilə görüşüb və danışıqlar aparıb.

Məsud Kərbasian bu görüşdə iki ölkə prezidentinin Rusiyanın Həştərxan şəhərindəki görüşünə toxunaraq, münasibətlərin genişlənməsində tərəflərin iradəsini ciddi adlandırıb və deyib: Bu məsələ biz gömrük məsullarının işini iki ölkənin gömrük maneələrinin aradan qaldırılmasında ikiqat artırır.

Məsud Kərbasian İran və Azərbaycanın Müştərək İqtisadi Komissiyasının 9-cu iclasının keçirilməsinə toxunaraq, müştərək komissiyanın qərarlarının icra olunmasının vacibliyini vurğulayıb və deyib: İran İslam Respublikası bu qərarların maddələrinin icra olunmasında qətiyyətlidir.

İranın Gömrük İdarəsinin rəisi məhsulların və vətəndaşların keçidi üçün daha artıq sadələşdirilmənin yaradılması istiqamətində yeni fikir mübadiləsi və həll yollarının tapılması üçün sərhəd gömrük idarələri rəhbərləri arasında davamlı şəkildə görüşlərin baş tutmasını faydalı adlandırıb və əlavə edib: Biz gömrüklərin 24 saatlıq çalışması üçün razılıq əldə etmişik və tezliklə onun icrası zamanını elan edəcəyik.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də bu görüşdə deyib: Sizin Bakıya səfəriniz iki ölkənin əsasən son aylarda dərin dostluğunu göstərir. İki ölkə arasında dərin münasibətlər yaranmışdır və bu məsələ iki ölkə prezidentlərinin münasibətlərin genişləndirilməsinə xüsusi maraq göstərmələrinə görədir.

Şahin Mustafayev İrana səfərindən razılıq edərək bildirib: Xoşbəxtlikdən iki ölkə rəsmilərinin səfərləri məqsədli və proqram əsasında baş tutur və bu səfərlərin münasibətlərin möhkəmlənməsində müsbət təsirləri olacaq.

Ticarət, tranzit, enerji, neft və kənd təsərrüfatı sahələrini əməkdaşlıq üçün müxtəlif sahələr adlandıran Mustafayev deyib: Bu arada ticarətin əsasən də özəl sektor arasında gücləndirilməsi üçün gömrüklərin rolu çox təyinedicidir.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri iki ölkə prezidentinin Həştərxandakı görüşünə toxunaraq, xəzəryanı ölkələr arasında imzalanan sənədi tarixi adlandırıb və deyib: Bu sənədin imzalanması bu ölkələr arasında əməkdaşlıqların genişlənməsinə səbəb olacaq.

Şahin Mustafayev Müştərək Ticarət Palatasının yaradılması üçün ölkəsinin hazırlığını bildirib və deyib: İran tərəfi maraqlı olduğu halda bu layihəni icra etməyə hazırıq.

İranın Gömrük İdarəsinin rəisi Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti rəisinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edib.

Məsud Kərbasian bu səfərdə öz azərbaycanlı həmkarından əlavə, bu ölkənin bir neçə naziri ilə də görüşərək, danışıqlar aparıb.

  • Yazılıb
  • da (də) 2014 Oct 02