Tarix : 2014 Oct 02
Kod 44183

Dövlətçiliyimizin ağır zərbə alması təhlükəsi var

ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını diktatura rejimləri ilə birgə çəkərək tənqid etməsindən sonra Avropa Parlamentinin də Azərbaycan haqqında qətnamə qəbul etməsi, Qərblə Azərbaycan hakimiyyəti arasında ciddi fikir ayrılığı olduğunu deməyə əsas verir.

Arannews- Azərbaycan Parlamentinin  Avropa Parlamentinə qarşı kəskin bəyanatı da vəziyyətin ciddiliyinin göstəricisidir.

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) Sədri Tahir Abbaslı bütövlükdə dövlətçiliyimizin təhlükədə olduğunu bildirərək dedi:

İstər ABŞ prezidenti Barak Obamanın tənqidi və istərsə də Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixdə "Azərbaycanda İnsan Hüquqlarının Kobud Pozulması Haqqında" qətnamə qəbul etməsi Azərbaycan hökumətinə ciddi mesajlardır ki, Rusya ilə Qərb arasında seçim etsin və mövqeyini müəyyənləşdirsin. Artıq vaxt yetişib. Əks təqdirdə hər şey gözlənilə bilər.

Azərbaycan hökuməti indi çox çətin durumdadır. Belə ki, Qarabağın birdəfəlik itirilməsi təhlükəsi məsələsində Rusiya ilə üz-üzə gəlir. Rus ordusu Ermənistanda olduğundan, bütövlükdə dövlətçiliyimizin ağır zərbə alması təhlükəsi var. Bu qaranlıq olaylardan qurtulmaq üçün ancaq və ancaq demokratik seçkilər keçirilməli, demokratik təəsisatlar yaradılmalı və indiki idarəetmə sistemindən tədricən uzaqlaşılmalıdır.

  • Yazılıb
  • da (də) 2014 Oct 02