Qurani-kərimin qranit daşı üzərinə kitabəti xəbərinin yayılması çoxlarının təəccüb və alqışına səbəb oldu
Qurani-kərimin qranit daşı üzərinə kitabəti xəbərinin yayılması çoxlarının təəccüb və alqışına səbəb oldu. Əsərdə daha təəccüblü nöqtə isə ayələrin naxış iynəsi ilə döyülməsi idi. Bu da səma əsərinin insanın eşqi vasitəsilə incəsənət yaradıcılığına şəhadət verir.
AranNews - Quranı qranit daş üzərinə həkk etmiş incəsənət ustası, rəssam və heykəltəraş, az tanınmış şair, Təbriz Universitetinin məzunu Davud Zəmaniazər öz incəsənət fəaliyyətini 35 il bundan qabaq başlamışdır. O, 1960-cı ildə dünyaya gəlmişdir və təbrizli olması ilə iftixar edir.
Zəmaniazər öz fəaliyyətini heç bir məktəbdə təlim görmədən kisə üzərinə rəsm çəkməklə başlamışdır. Onun bədii və yeni əsərlərə sevgisi daha çox olduğundan bir müddətdən sonra bu istəyinin ardınca düşmüş, yeni və müxtəlif rəsm və heykəltaraşlıq əsərləri yaratmışdır.
İncəsənət ustası işin qalarıqlı olması üçün bərk daşlar üzərində işləməyə üstünlük vermiş və 2006-cı ilin yanvarından Quranı daş üzərində kitabət etməyə başlamışdır.
Təbrizli sənətçi daş üzərinə həkk edilmiş ilk daş Quranı "Bismillah tablosu" adı ilə Təbrizin Quran Bağına hədiyyə etmişdir. Bu əsər 977 daş parçası üzərinə kitabət edilmiş və bunun üçün 1550 gecə, yəni 4 il 3 ay vaxt qoyulmuş, 2011-ci ildə başa çatmışdır.
Davud Zəmaniazər daş üzərinə həkk edilmiş ikinci əsərini "Dünyanın ilk daş Quranı" adı altında 2011-ci ilin yanvar ayında başlamış və bu ilin aprel ayında başa çatdırmışdır. Bu əsər naxış iynəsi ilə 114 parça qara qranit daşı üzərinə həkk edilmiş və 130 kq ağırlığındadır.
İncəsənət ustası deyir: "Çalışıram ki, Quranın kitabətində qabakı əsərimdən fərqli olan yeni və müstəsna bir üslub yaradım. Bu işi mən heç kimdən öyrənməmişəm və belə bir üslubda bir əsər heç kimdən görməmişəm. Bütün bu illərdə çalışdım sübut edəm ki, əgər insan istəsə ən xırda və ən bərk daşları belə yona bilər. Möhkəm iradə və əmin ürək olmalı və Allaha təvəkkül etməklə irəli getmək lazımdır".