Tarix : 2014 Oct 03
Kod 44190

Təbrizin İrəvanla münasibətlər qurmasına ehtiyacı yoxdur

Bələdiyyə başçısı gərək ortaq din, mədəniyyət və tariximiz olan ölkələrlə münasibətlər qursun
AranNews - Həbib Şiriazər Təbriz Şəhər Şurasının iclasında deyib: "Şəhərlərin ictimai və mədəni məsələləri barədə qərar qəbul etmək şəhər şuralarının öhdəsinədir və bələdiyyələr bu işə qarışmamalıdır".
O həmçinin deyib: "Təbriz Şəhər Şurasının üzvləri İrəvanla münasibət qurmağa meyilli deyillər və bələdiyyə başçısı gərək dini, mədəni və tarixi ortaqlıqlarımız olan ölkələrlə münasibətlər qursun".

  • Yazılıb
  • da (də) 2014 Oct 03