Tarix : 2014 Oct 04
Kod 44200

Iran islam respublikasila Azərbaycan, neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı Memorandum imzalayıblar

Bakı, 3 oktyabr, SalamNews. ARDNŞ-nin nümayəndə heyəti İran İslam Respublikasına işgüzar səfər zamanı İranın Neft Sənayesi Elmi Tədqiqat İstitutunda olublar.

Arannews- məlumata görə, səfər zamanı Neft Sənayesi Elmi Tədqiqat İstitutunun vitse-prezidenti Amirabbas Hosseini ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, direktor müavinləri Bağır Süleymanov, Əhməd Salmanov və ARDNŞ-nin “Nanotexnologiyalar” Departamentinin rəisi Valeh Şamilova institutda yerinə yetirilən layihələr və elmi araşdırmalar ilə bağlı məlumat verib.

Nümayəndə heyəti Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən elmi işlər və texnologiyalar barədə məlumat verib. İki institut arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmiş və qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi, ehtiyatların qiymətləndirilməsi, geoloji-hidrodinamik modellərin qurulması, ekoloji məsələlərin həlli, neft sənayesi üçün kimyəvi maddələrin işlənməsi, nanotexnologiyaların tədqiqi istiqamətlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Görüşdə ARDNŞ-nin İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə və məsul əməkdaşı Murtuza Bagheri iştirak edib. 

  • Yazılıb
  • da (də) 2014 Oct 04