Tarix : 2014 Oct 06
Kod 44205

Putin ömrünün sonuna qədər Ukrayna gedə bilməyəcək

Putini Avropa paytaxtları qəbul etsə də, Ukrayna heç vaxt qəbul etməyəcək

Arannews - “Putin ömrünün sonuna qədər Ukrayna gedə bilməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynada Rusiya Prezidenti Putinə olan münasibət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, Putini Avropa paytaxtları qəbul etsə də, Ukrayna heç vaxt qəbul etməyəcək:

“Bəlli səbəblərdən Putini Avropa paytaxtlarına daha dəvət etmirlər. Ancaq avropalılar unutqandırlar. Ona görə də bəlkə nə vaxtsa Kreml sahibini bağışladılar və qapılarını Rusiya prezidentinin üzünə açdılar. Ancaq bir paytaxt var ki, Putin ora ömrünün sonuna qədər gedə bilməyəcək. Onun qardaş adlandırdığı Ukraynaya yolu birdəfəlik qapanıb. Gülməlidir. Adam Krımı işğal edib, Donbasda "ikinci Qarabağ" yaradıb, yenə deyir ki, "Ukrayna bizə özgə deyil, qardaşımızıdır". Nəsə mən Kiyevdə belə qardaşdan məmnun qalan bir kimsəyə rast gəlmədim...”

  • Yazılıb
  • da (də) 2014 Oct 06