Rusiya Qərbdən əsasən yüksək texnologiyalar baxımından asılı vəziyyətdədir və Qərbin də əsas sanksiyaları, yüksək texnologiyalarının tələb edildiyi hərbi sənaye və karbohidrat resurslarının Sibir və şimal kimi çətin geoloji qatlardan çıxarılmasıdır
Arannews - “Hər nə
qədər Putin və onun nəzarətində olan media Qərbin sanksiyalarının ölkəyə təsirsiz
ötüşəcəyini iddia etsə də, həqiqətdə vəziyyət bir az fərqlidir”.
Bu sözləri BMT-də yeni vəzifəyə təyin edilmiş politoloq Fərhad
Mehdiyev deyib.
Politoloqun sözlərinə
görə, Rusiyada hökumət hər vəchlə real vəziyyəti və xalqın etirazını gizlətməyə
çalışır:
“Rusiya ÜTT-nin və
beynəlxalq ticarətin vacib üzvü idi, çünki geniş ərazisi və 150 milyona yaxın əhalisi
ilə geniş bir bazar idi. Bu səbəblə beynəlxalq sanskiyaların Rusiya
iqtisadiyyatına təsirsiz ötüşməsi mümkün deyil. Rusiyada hazırda küflü holland
pendirinin satışı dayanadırılıb, çünki bu idxal olunan mal idi, yerli olan isə
2018-ci ildə satışa girməlidir. Bir başqa misal isə Rusiyanın Aya göndərəcəyi
növbəti lunoxod proqramının 2018-ci ilə təxirə salmasıdır. Rusiya Qərbdən əsasən
yüksək texnologiyalar baxımından asılı vəziyyətdədir və Qərbin də əsas
sanksiyaları, yüksək texnologiyalarının tələb edildiyi hərbi sənaye və
karbohidrat resurslarının Sibir və şimal kimi çətin geoloji qatlardan
çıxarılmasıdır. Bununla Rusiya iqtsadiyyatının və Putini hakimiyyətdə saxlayan əsas
faktorun - neft və qazın hasilatının çıxarılması və satışına əngəl törədilmək
istənilir. Belə ki, daha əvvəl bağlanmış və hal-hazırda qüvvədə olan neft və
qaz satış müqavilələrinə davam edilsə də, neftin qiymətinin aşağı salınması
Rusiyanın iqtsadiyyatına bir başqa zərbədir”.
F.Mehdiyev hazırda
Rusiyada ABŞ dollarının dəyərinin 32 rubldan 39.80-ə çıxaraq 25%-ə yaxın
artdığına və bunu əhalinin ümumi alıcılıq qabliyyətini azaltmasına diqqət çəkib:
“Bu, daha çox orta
təbəqəni vuran tədbirdir. Kasıbların idxal olunan mallara ilvisi demək olar
yoxdur, varlı təbəqəyə isə qiymət artımı çox təsir göstərmir. Avropadan gətirilən
kənd təsərrüfatı mallarının idxalı dayandırılıb, Azərbaycan və Özbəkistanın isə
Aİ-ni tamamilə əvəz etməyə gücü çatmaz. İaşə məhsullarında 10-20% arasında qiymət
artımı müşahidə olunur. Hazırda Rusiya Mərkəzi Bankı dolların qiymətinə müdaxilə
etmir, lakin bunu etmək məcburiyyətində qalacaq. 02.10.2014 tarixində Putin təkrar bəyan etdi
ki, MB kapital dövriyyəsinə məhdudiyyət gətirməyəcək, lakin müəyyən müdaxilələrin
olması mümkündür. Yəni bunun siqnalları indidən verirlər. Hökümət gələcək nəsillərə
ayıracaq xüsusi bir təqaüd Fondunun resurslarını xərcləmək məcburiyyətində
qalıb. Yeni doğulacaq uşağa görə artırmaq istədiyi imtiyazları da saxlayıb”.
Rusiya KİV-lərinin əhalinin
beynini davamlı olaraq təbliğat ilə doldurmasını xüsusi olaraq vurğulayan
politoloq bildirib ki, hətta bununla bağlı televiziya kanallarında debatlar
aparılır:
“Kanallarda
debatlar aparılaraq ölkənin məruz qaldığı sanksiyaların səbəbi kimi Rusiyanın
işqalçılıq siyasəti deyil, əksinə, Ukraina və Qərb günahkar göstərilir. Bunun səbəbi
isə hökümətdən gələn sifarişlə ictimai narazılığın başqa istiqamətə yönləndirilməsidir.
Digər tərəfdən Qərb sanksiyalarından imtina etməyəcək və iqtsadi təzyiqlərlə
Rusiya iqtisadiyyatını tamamilə dağıtmağa cəhd edəcək”.
Fərhad Mehdiyevin
fikrincə, Rusiya Qərb üçün artıq partnyor olmaqdan çıxıb və neo-imperialist güc
kimi çıxış edir: “Bu səbəblə Rusiyanın zəifələdilməsi olduqca vacibdir. Nəzərə
alsaq ki, sanksiyalara ÜTT-nin Çin, Hindistan və Braziliya xaricində digər dövlətləri
də qoşulub və böyük ehtimalla öz məqsədlərinə nail olacaqlar. Hər halda nəticə
etibarilə, Rusiya iqtisadiyyatının dağılması yox, lakin olduqca geriləməsi və
inkişafdan geri qalması, habelə inkişaf edə bilmə imkanlarının itirilməsi
qaçılmaz olacaq. Rusiya ilə Qərb arasında hazırda olan 20-30 illik texnoloji
geriləmə azı 50-60 illik geriləmə formasına keçəcək”.